İki ildən sonra “Kamp Nou”ya qayıdış – Levandovski nə hiss edib?

Bölmə adı İspaniya
Yayımlandı 23-11-2025, 15:52


“Barselona”nın ulduzu Robert Levandovski “Kamp Nou”ya qayıdışın təsirindən danışıb.

Sport1.az xəbər verir ki, polşalı hücumçu DAZN-a açıqlamasında iki ildən çox müddətdən sonra ev stadionunda meydana çıxmağın komandaya xüsusi güc verdiyini deyib:

“Bu gün çox xüsusi idi, təkcə mənim üçün yox, bütün komanda üçün. “Kamp Nou”ya qayıdandan sonra ilk qolu vurmaq məni çox sevindirdi. Evdə oynayanda həmişə daha güclü oluruq. Oyunun əvvəlindən etibarən əla emosiyalar hiss etdim. 37 yaşım var, amma bu gün mənim üçün yenə çox xüsusi idi”.

Qeyd edək ki, “Barselona” “Atletik Bilbao”nu 4:0 hesabı ilə məğlub edib və Levandovski qarşılaşmanın ilk qolunu vurub.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR