SON DƏQİQƏ
Misli Premyer Liqasının XII turunda "Qəbələ" səfərdə "Zirə"yə minimal hesabla məğlub oldu - 0:1.
Görüşdən sonra qonaqların yarımmüdafiəçisi Dommi Massumu matç haqda fikirlərini Sport1.az saytına açıqladı:
"İlk hissə yaxşı oyun göstərə bilmədik. İkinci yarıda hücumları artırsaq da, bəxtimiz gətirmədi. Şansları əldən verdik. Nəticədən məyusuq".
Konqolu futbolçu komandasının liqada qalma ehtimalının yüksək olduğunu bildirdi:
"Hazırda layiq olmadığımız yerdəyik. Oyunumuzu yaxşılaşdıraraq liqada qalacağıq. Buna inanıram".
MİKAYIL HACIYEV