Niyə “Qəbələ” çıxış yolu tapmır? – Legioner səbəbləri açıqladı

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-11-2025, 14:32

Misli Premyer Liqasının XII turunda "Qəbələ" Zirə İdman Kompleksində yerli komandaya 0:1 hesabı ilə uduzdu.

Görüşdən sonra region təmsilçisinin hücumçusu Adriel Ba Lua matç haqqında fikirlərini Sport1.az-a söylədi:

"Ağır idi. Xala su kimi ehtiyacımız var idi. Hər qarşılaşmaya final matçı kimi hazırlaşırıq. Yaxşı oynasaq da, çatışmazlıqlar var. Özgüvənli olmalıyıq. Heç cür təslim olmamalıyıq. Üzərimizdə çalışaraq bu əskiklikləri aradan qaldırmalıyıq".

29 yaşlı oyunçu komandasının hər oyun vuruşmasına baxmayaraq nəticə ala bilməməsi ilə bağlı bunları dedi:

"Nəsə demək çətindir. Öz işimizin öhdəsindən layiqincə gəlməyə çalışırıq. Bəzi dəyişikliklərə ehtiyac var. Komandamız üçün canla-başla vuruşsaq da, alındıra bilmirik. Sadəcə üzərimizdə çalışmalıyıq".

Kot D'ivuarlı futbolçu "Qəbələ"nin autsayder pilləsində olması haqda bunu bildirdi:

"Gələcək haqqında danışmaq istəmirəm. Tək ehtiyacımız olan hər oyuna yaxşı hazırlaşıb son nəfəsimizə qədər döyüşməkdir. Sonda isə görəcəyik".

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR