Martins Junior pis oynadıqlarını düşünmür – AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-11-2025, 12:03

Misli Premyer Liqasının XII turunda "Zirə" evdə "Qəbələ"ni məğlub edib - 1:0.

Qarşılaşmadan sonra qəsəbə təmsilçisinin hücumçusu Martins Junior oyun haqda fikirlərini Sport1.az-a söylədi:

"Çox çətin görüş keçdi. "Qəbələ" çox yaxşı komandadır. Matçın əvvəlində yaxşı oynadıq. İkinci hissədə üstünlüyü itirdik. Ən önəmlisi isə 1:0 hesablı qələbə qazanmağımız və 2-ci pilləyə yüksəlməyimizdir. Növbəti oyuna fokuslanacağıq".

26 yaşlı hücumçu autsayderə qarşı alınan nəticənin onları narahat etmədiyini bildirdi:

"Bu nəticə bizim üçün məyusedici olmadı. Pis oynadığımızı da düşünmürəm, komandamız hər mövqedə döyüşdü".

MİKAYIL HACIYEV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR