"İnter" Hakan ilə müqaviləni yeniləməyə hazırlaşır

Bölmə adı İtaliya
Yayımlandı 22-11-2025, 15:31

“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqavilənin yenilənməsi üçün yaxın günlərdə danışıqlara start verəcək.

Sport1.az xəbər verir ki, klub türkiyəli pleymeykerə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcək.

Ancaq bu razılaşmada onun hazırkı maaşının azaldılması nəzərdə tutulur. Çalhanoğlunun mövcud sözləşməsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.

Hakan bu mövsüm “İnter”in heyətində 13 matça çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2021-ci ildən etibarən Milan klubunun formasını geyinir.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR