
“Milan”ın vingeri Rafael Leao baş məşqçi Massimiliano Alleqri ilə çalışmaqdan danışıb.
Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu “MilanNews”ə açıqlamasında Alleqrinin onun oyun anlayışına ciddi təsir etdiyini vurğulayıb:
“Baş məşqçi məndən çox şey istəmir, sadəcə azad olmağımı və oyundan zövq almağımı deyir. Ən vacibi diqqəti itirməmək və doğru yanaşmadır. Alleqri həm toplu, həm də topsuz nə edə biləcəyimi çox yaxşı bilir.
O, mənə daim daha yaxşı oynamağı tövsiyə edən bir ata kimidir. Özümü inamlı hiss edirəm, çünki onun mənə güvəndiyini bilirəm. Alleqri məni qapıya daha yaxın mövqedə istifadə etməklə oyun düşüncəmi dəyişdi”.