
Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi Avropanın bir neçə aparıcı klubunun maraq dairəsinə düşüb.
Sport1.az xəbər verir ki, “Caught Offside” mənbəsinin məlumatına görə, “Arsenal”, “Mançester Yunayted” və PSJ 29 yaşlı forvardın transferini nəzərdən keçirən komandalar arasındadır. Girassinin müqaviləsində 2026-cı ilin yanvarından aktivləşəcək xüsusi şərt var və həmin tarixdən etibarən onu təxminən 50 milyon avroya almaq mümkün olacaq.
Məlumatda bildirilib ki, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim təcrübəli hücumçu ilə güclənməkdə maraqlıdır. Qışda klubdan ayrılması gözlənilən Coşua Zirkzee isə bu prosesi daha da sürətləndirə bilər.
Qeyd edək ki, Girassi bu mövsüm Dortmund təmsilçisinin heyətində bütün turnirlər üzrə 15 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2028-ci ilə qədərdir.