"Qarabağ" ÇL heyətində dəyişiklik edib

Bölmə adı Azərbaycan / Çempionlar Liqası
Yayımlandı 21-11-2025, 11:12

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində qarşıdakı oyunlar üçün heyətində dəyişiklik edib.

Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Coni Montielini siyahıya əlavə edib.

O, “Çelsi” ilə oyunda (2:2) zədələnən Kadi Borgesin əvəzinə heyətə daxil olunub.

Qeyd edək ki, “Qarabağ” noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada “Napoli”nin qonağı olacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR