"Kəpəz" Qəbələni Yevlaxa dəyişdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-11-2025, 20:47

"Qəbələ" İK və "Kəpəz" PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.

Sport1.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Müqavilənin müddətinin uzadılmamasını, "Kəpəz" klubunun müraciətini, "Karvan-Yevlax" klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 13-cü turundan etibarən "Kəpəz" klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR