Benzema Ronaldo ilə arasındakı münasibətlər barədə yayılan şayiələrə aydınlıq gətirib

Bölmə adı Digər Liqalar
Yayımlandı 19-11-2025, 18:36

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema keçmiş komanda yoldaşı, hazırda “Əl-Nəsr”da çıxış edən Kriştianu Ronaldo ilə əlaqələrinin əla olduğunu bildirib.

Sport1.az AS-a istinadən xəbər verir ki, fransalı forvard Səudiyyə Ərəbistanına gələn ulduz futbolçuların ölkənin futbol inkişafında mühüm rol oynadığını deyib:

“Buraya Kriştianu və mənim kimi, Avropa təcrübəsi gətirən futbolçular lazımdır. Məqsədimiz buradakı uşaqlara daha böyük klublara gedə bilmələri üçün nələrə ehtiyac olduğunu göstərməkdir. Ölkə getdikcə daha açıq olur, insanlar bir-birinə hörmətlə yanaşır. Mənə burada hər şey xoşdur”.

Benzema son oyunda Ronaldoyla soyuq salamlaşmasına dair yayılan xəbərlərə də münasibət bildirib:

“Jurnalistlər bunu şişirdir. Biz meydançaya çıxmazdan əvvəl içəridə söhbət etdik, qucaqlaşdıq. Meydanda bunu bir daha təkrarlamağa ehtiyac yoxdur. Bir-birimizi çox yaxşı tanıyırıq və hörmət edirik. Kameraya oynamağa ehtiyacımız yoxdur. Hər birimiz meydanda öz işimizə fokuslanırıq”.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR