
“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono Lionel Messiyə olan heyranlığını gizlətməyib.
Sport1.az “Football España”ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçu həmvətəni ilə eyni komandada oynamağın unudulmaz təcrübə olduğunu deyib:
“Uşaqlıqdan dünyanın ən böyük klubu olan “Real Madrid”in azarkeşiyəm. Amma mənim üçün ən yaxşı futbolçu həmişə Messi olub və elə də qalacaq. Onunla milli komandada birlikdə oynamaq inanılmaz idi. Meydanda topa toxunduğu hər an insanı heyrətləndirir. Onunla uzun illər oynayanlar belə hələ də təəccüblənir. Ondan öyrənməyə çalışıram və mənə göstərdiyi dəstəyə görə çox minnətdaram”.