
“Barselona” cari mövsüm üçün nəzərdə tutulan dördüncü formasını təqdim edib.
Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni dəsti 2005-ci ildə “Santyaqo Bernabeu”da “Real Madrid” üzərində qazanılan 3:0 hesablı səfər qələbəsinə həsr olunub.
Formanı klubun texniki tərəfdaşı “Nike” hazırlayıb. Məlumatda bildirilir ki, dizayn həmin görüşdə Samuel Etonun vurduğu qol və Ronaldinyonun dublu ilə yadda qalan tarixi gecəni simvolizə edir.
Xatırladaq ki, bu mövsüm La Liqanın 10-cu turunda keçirilən qarşılaşmada Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
