
Misli Premyer Liqasının XII turu üçün hakim təyinatlarında dəyişiklik edilib.
Sport1.az xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün “Karvan–Yevlax” – “Kəpəz” matçında baş hakim funksiyasını Rauf Cabarov icra edəcək. Məsiyev həmin oyunda VAR hakimi kimi çalışacaq.
“Araz–Naxçıvan” – “Turan Tovuz” görüşündə isə əvvəlcədən VAR hakimi kimi nəzərdə tutulan Rauf Cabarovu Rəşad Əhmədov əvəz edəcək.