
"Real Betis"in yarımmüdafiəçisi Antoni yayda adının "Bavariya" ilə hallanması ilə bağlı etiraf etdi.
Sport1.az xəbər verir ki, braziliyalı vinger ötən transfer pəncərəsində ailəvi səbəblərə görə Bundesliqa təmsilçisinə "yox" dediyini açıqladı:
"Transfer pəncərəsi ertəsi gün saat yeddi və ya səkkizdə, ya da gecə yarısı bağlanırdı. Və həmin son gün, “Betis”lə işlər yaxşı gedəndə, mənə “Bavariya”dan zəng gəldi.
"Düzünü deyim, bu məni çox təsirləndirdi. Danışırıq dünya nəhəngi olan Münhen “Bavariya”sından, orada belə tarixçəsi olan məşqçi işləyir. Kompani mənə zəng etdi, söhbət etdik. O, inanılmaz dərəcədə nəzakətli idi, həmişə oyunumu çox bəyəndiyini dedi. Bu, gecə saat 11 və ya bir az sonra idi. Mən isə ailə adamı olduğum üçün bu, qərarımda ciddi rol oynadı. Məsələ uşaqlara qayğı göstərmək idi. Lorenso bu şəhəri çox sevir, Braziliyadakı tətilimiz zamanı heç nə bilmədən davamlı soruşurdu: “Ata, biz İspaniyaya nə vaxt qayıdacağıq?”