
“Borussiya Dortmund”un hücumçusu Kərim Adeyemi Almaniya qanunvericiliyi ilə qadağan olunan soyuq silah saxladığı üçün cərimələnib.
Sport1.az “Bild”ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu kastet və elektroşok cihazını qanunsuz saxladığına görə 450 min avro məbləğində cərimə ödəyəcək. Adeyeminin vəkili bildirib ki, həmin əşyalar onun internetdən sifariş etdiyi bağlamadan çıxıb və futbolçu bunu araşdırma zamanı izah etməyə çalışıb.
Hadisənin DÇ-2026-nın seçmə mərhələsində Almaniyanın Slovakiyanı 6:0 hesabı ilə məğlub etdiyi həlledici oyundan qısa müddət əvvəl üzə çıxması həm federasiyanı, həm də Dortmund klubunu çətin vəziyyətdə qoyub.