
“Kəpəz” qapı xəttini yeni oyunçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, Gəncə təmsilçisi 23 yaşlı qapıçı Yusif İmanovu heyətinə transfer edib. Qolkiperlə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Yusif İmanovun son klubu Kosovonun “Malişevo” komandası olub.