
"Fənərbağça"nın mövsümün başında "Komo"ya icarəyə verdiyi Dieqo Karlos üçün tələb etdiyi məbləğ bəlli oldu.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı müdafiəçinin transferi üçün italiyanlardan 5 milyon avro istəyəcək.
Braziliyalı futbolçunun çıxışından razı olan A Seriyası təmsilçisi qışda "sarı-lacivərtlilər"lə danışıqlara başlayacaq.