
“Qarabağ”ın hücumçusu Abdullah Zubir Fransanın tanınmış “L’Équipe” nəşrinə müsahibə verib.
Sport1.az xəbər verir ki, 33 yaşlı futbolçu söhbət zamanı Azərbaycan və yerli futbol haqqında müsbət fikirlər səsləndirib.
Mərakeş əsilli yarımmüdafiəçi azərbaycanlıların qonaqpərvərliyini xüsusi vurğulayıb:
“2018-ci ildən bu ölkədə çıxış edirəm. Buraya gələndə şok oldum. Azərbaycan çempionatı sürətlə inkişaf edir. Bura xarici oyunçular üçün qonaqpərvər məkandır”.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir altı dəfə ölkə çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.