“Şamaxı”nın müdafiəçisi U-21 yığmasına dəvət aldı

Bölmə adı Milli
Yayımlandı 17-11-2025, 18:05

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə yeni ad əlavə olunub.

Sport1.az xəbər verir ki, DÇ-2026-nın seçmə oyunlarında İslandiya və Fransa matçları üçün A milli komandanın düşərgəsində yer alan “Şamaxı” müdafiəçisi Rüfət Abbasov artıq U-21 yığmasına dəvət edilib.

U-21 millimiz Avropa Çempionatının seçmə mərhələsində noyabrın 18-də Cəbəllütariq komandası ilə səfər görüşünə çıxacaq.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR