
“Barselona” İnigo Martinesin gedişindən sonra müdafiə xəttində yaranan boşluğu doldurmaq üçün yeni transfer üzərində işləyir.
Sport1.az xəbər verir ki, Sport.es-in məlumatına görə, klub solaxay mərkəz müdafiəçisi çatışmazlığını aradan qaldırmaq üçün bir neçə namizədi nəzərdən keçirir.
Kataloniya təmsilçisi Dortmund “Borussiya”sının futbolçusu Niko Şlotterbek, “Sportinq”in oyunçusu Qonsalu İnaşiu, “Kristal Pelas”ın müdafiəçisi Mark Qehi, “Nant”ın üzvü Tilel Tati və “Bavariya”dan Dayo Upamekanonu potensial seçimlər sırasında görür.
Xəbərdə qeyd olunur ki, Şlotterbekin transfer dəyəri 40 milyon avronu keçir, İnaşiunun müqaviləsində isə 60 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur. Qehi və Upamekanonun klubla müqavilələri 2026-cı ilin yayında başa çatır.