
Bu gün DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları keçiriləcək.
Sport1.az xəbər verir ki, Azərbaycan azarkeşləri önündə Fransanı qəbul edəcək.
Qarşılaşma ilə bağlı fikirlərini öyrənmək üçün Qəzənfər Abbasova müraciət etdik.
Mütəxəssis saytımıza açıqlamasında bunları söylədi:
"Bu gün çox güclü rəqiblə qarşılaşırıq. Fransa dünya səviyyəli oyunçulara malikdir və təcrübəsi ilə fərqlənir. Yığmamız qorxmadan, taktiki plana sadiq qalaraq oynamalıdir. Əsas məqsəd komandamızın potensialını ortaya qoymaq, hər epizodda diqqətli olmaq və azarkeşlərimizə əzmkar oyun göstərməkdir.
Matçın gedişində müdafiədə səhvsiz oynamaq və hücumlarda sürətli keçidlərdən maksimum istifadə etmək bizim üçün önəmlidir. Standart vəziyyətlər və ani hücumlar bizə çətinlik yarada bilər. Qarşı tərəfin fərqlənən oyunçularına diqqət yetirmək vacibdir.
Əsas olan nəticə deyil, komandamızın ruhu və oyunun keyfiyyətidir. Qələbə qazansaq sevinərik, uduzsaq, komandamız müsbət təcrübə qazanacaq. Bu matç həm taktiki, həm də psixoloji baxımdan millimiz üçün önəmlidir".
MİRZƏ S.