
Azərbaycan millisinin keçmiş üzvlərindən daha ikisi – Emre Kaplan və Murat Cem Akpınar mərc araşdırmaları çərçivəsində cəzalandırılıb.
Sport1.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Peşəkar Futbol İntizam Komitəsinin qərarına əsasən, adı mərc fəaliyyəti ilə hallanan hər iki futbolçu 45 gün müddətinə futboldan kənarlaşdırılıb.
Hazırda Murat Cem Akpınar “Ərzurumspor”, Emre Kaplan isə “Ümraniyespor”un heyətində yer alır.
Qeyd edək ki, Emre Kaplan vaxtilə Azərbaycanın U-19 və U-21 komandalarında, Murat Cem Akpınar isə U-17 yığmasında çıxış edib.