
Lamin Yamal klub rəhbərliyinə 27 martda keçiriləcək “Finalissima”da Argentina ilə oynamaq istədiyini bildirib.
Sport1.az xəbər verir ki, AS-ın məlumatına görə, gənc hücumçu həmin vaxta qədər “Barselona” ilə İspaniya Futbol Federasiyası (RFEF) arasında münasibətlərin normallaşacağına ümid edir.
Yamal hazırkı gərginlikdə günahkar kimi göstərilməsindən narahatdır və zədədən tez sağalaraq həm “Barselona”da yüksək səviyyədə çıxış etmək, həm də yığma ilə uğur qazanmaq istəyir. O, mövsümü maksimum formada başa vurmağı və DÇ-2026-da iştirak etməyi hədəfləyir.
Qeyd edək ki, RFEF daha əvvəl katalon klubunun Yamalın invaziv radiofrekans prosedurundan keçməsi barədə federasiyanı əvvəlcədən məlumatlandırmamasından narahatlığını ifadə etmişdi.