
AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Azərbaycanın U-15 milli komandasının futbolçuları üçün “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.
Sport1.az xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan tədbirin həyata keçməsində məqsəd uşaqların və yeniyetmələrin futbol mühitində təhlükəsizliyini təmin etmək, zorakılıq və sui-istifadə hallarının qarşısını almaq, eləcə də etik davranış və inklüzivlik prinsiplərini təşviq etməkdir.