23:20 13.11.2025 48

"Yaxşı ki, hakim penalti vermədi" - İslandiya yığmasının baş məşqçisi

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün daha bir oyununu geridə qoyub. Ayxan Abbasovun komandası Bakının 8-ci km stadionunda İslandiya ilə üz-üzə gəlib və meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra İslandiya millisinin çalışdırıcısı Arnar Qunnlauqsson media nümayəndələrinin suallarını cavablandırıb:

"Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan daha yaxşı idi. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq".

- Azərbaycan millisi hansı aspektlərdə sizi təəccübləndirə bildi?

- İlk oyunla müqayisədə daha intensiv idilər. Fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb. İkinci hissədə başlanğıcı birinci hissədə gözləyirdim. Lakin bəlkə də bu bizim komandamızın ilk hissədəki çıxışı ilə əlaqədardır ki, bunu göstərə bilmədilər. Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Öz komandam da bunlara yaxşı reaksiya verdi.

- Reykyavikdəki görüşdə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, bu gün isə Ayxan Abbasov idi. Azərbaycan millisində nəsə dəyişiklik gördüz?

- Azərbaycan millisi ilk oyundakı kimi, eyni sistemdə oynayır. Sadəcə indi daha yaxşı strukturlu idi. Komanda düz, yaxşı yoldadır. Cavanlar da şans qazanırlar. Ukrayna millisinə qarşı görüşdə də xal qazana bilərdilər. İlk qələbə qazanmaq şans məsələsidir. Yaxın zamanda lazımı nəticələr gələcək.

- İkinci yer uğrunda Ukrayna ilə amansız mübarizə gedir. Sizcə, hansı komanda uğur qazanacaq? Fransa - Ukrayna görüşündən gözləntiniz nədir?

- Əla sualdır. Otelə gedəcəm və həmin oyunu izləyəcəm. Ümidvaram ki, Fransa qalib gələcək. Elə olarsa, heç-heçə bizi qrupda ikinci edəcək. Bu gün öz işimizi yerinə yetirmişik. Ukrayna bu gün xal qazansa, o zaman qalib gəlməliyik. Ümidvaram ki, Kilian Mbappe bizi sevindirəcək.

- Hakim ədalətli idi?

- İkinci hissədəki epizod zamanı ehtiyat edirdik ki, bəlkə orada penalti var. Amma yaxşı ki, baş hakim vermədi.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi

16:53

Yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib

15:13

Avropa Liqası: Millimiz İspaniya ilə qarşılaşacaq

14:30

"Qarabağ"dan növbəti transfer həmləsi: Portuqaliyadan müdafiəçi gəlir

14:17

“Araz-Naxçıvan”dan ayrıldı, ölkəsində çıxış edəcək

11:52

8 şahmatçımız dünya çempionatında iştirak edəcək

10:53

“Şamaxı”da məşqçi heyəti bəlli oldu

09:54

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

00:38

La Liqa klubunda yeni müqavilə - RƏSMİ

00:23

"Qarabağ"dan növbəti transfer: Portuqaliyadan oyunçu gəlir

23:12

“Arsenal”ı “Bornmut”a dəyişə bilər

22:27

Avstriya millisində yeni müqavilə

21:54

Millilərimiz Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyunlarında mübarizə aparacaq

21:31

“Barselona”nın futbolçusu Fransa klubunun radarında

20:57

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

20:22

Avarçəkənlərimizdən Dünya Kubokunda bürünc medal

19:58

Yaya Ture Slovakiya klubunda - RƏSMİ

19:33

“Liverpul”un futbolçusu Premyer Liqada klubunu dəyişə bilər

18:54

Atletika üzrə ölkə çempionatına yekun vurulub

18:23

Braziliya millisinin sabiq üzvü VƏFAT ETDİ

18:00

DÇ-2026-da yeni rekord

17:30

"Arsenal" 40 milyon ödəməyə hazırdır

17:07

İnfantinonun zarafatından narazı qaldılar

16:46

Bundesliqa klubunun danışıq apardığı mütəxəssis

16:23

Mundialda tarixi nailiyyət

16:00

Dünya çempionatından sonra ayrılıq

15:45

Kyeza ölkəsinə qayıda bilər

15:29

Ronaldonu geridə qoydu

15:05

“Titulu qazanmaq üçün buradayıq”

14:44

“24 ildir gözlədiyimiz oyundur”

14:14

"Liverpul"dan London klubuna?

13:53

"Futbolçular böyük tərifə layiqdirlər"

13:43

“Turan Tovuz”a 3 milyonluq sponsor dəstəyi gəlir

13:26

"Şəfa"da yeni müqavilə - RƏSMİ

13:03

İngiltərə millisi üçün xoşagəlməz hadisə

12:12

25 milyonluq təklif

11:51

Təlim-məşq bazasının yaxınlığında cəsəd tapıldı

11:27

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

11:01

Levandovski ABŞ yolunda

10:49

Klub məşhur futbolçu ilə vidalaşdı

10:30

Futbol tarixində ilk

10:10

"Real" futbolçusunu bu ölkənin klublarına təklif etdi

09:50

Neymar ilk oyunu buraxacaq

09:29

PSJ "Monako"nun futbolçusunu istəyir

09:00

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

00:58

DÇ-2026: Ev sahibi Bosniya və Herseqovina ilə bacarmadı - YENİLƏNİB

23:56

MOK-un nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir

23:12

“Sabah”dan növbəti transfer - RƏSMİ

22:57

“Arsenal”ın futbolçusu “Beşiktaş” yolunda

22:27

Yaponiya millisinin üzvü Bundesliqa klubunda

21:56

“Yuventus”da rəhbər dəyişikliyi

21:39

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

20:54

Atletika üzrə ölkə çempionatına start verilib

20:42

Qış İdman Növləri Federasiyasının nümayəndələri FİS-in Beynəlxalq Xizək Konqresində iştirak ediblər

20:23

İtaliya klubunun yeni baş məşqçisi bəlli oldu

19:58

“Gəncə”dən yeni transfer

19:37

30 yaşlı hücumçu yenidən “Porto”da

19:28

AFFA-da klub nümayəndələri ilə görüş keçirilib

18:56

A Seriyası klubunda yeni təyinat - RƏSMİ

18:31

Millimiz Çində Dünya Kubokunda çıxış edəcək

18:00

"Barselona"dan Torres qərarı

17:30

"Sabah"ın yeni transferi üçün ödədiyi məbləğ

17:07

MLS klubu fransalı futbolçu ilə razılığa gəldi