15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq, noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində çıxış edəcək.
Sport1.az xəbər verir ki, komandamız turnir çərçivəsində 3 oyun keçirəcək. Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.
18 noyabr
12:00. Monteneqro (U-15) – Azərbaycan (U-15)
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
20 noyabr
12:00. Azərbaycan (U-15) – Bolqarıstan (U-15)
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
23 noyabr
15:00. Moldova (U-15) - Azərbaycan (U-15)
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.