
Fransa yığma komandası itki ilə üzləşib.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi Eduardo Kamavinqa zədələnərək millinin heyətindən kənarlaşdırılıb.
Onun əvəzinə "Yuventus"un futbolçusu Kefrer Turamın adı siyahıya daxil edilib.
Qeyd edək ki, Fransa yığması ilə Azərbaycan millisi arasında qarşılaşma 16 noyabr tarixində baş tutacaq.