"Kəpəz"in futbolçusu əməliyyat olundu - FOTO

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-11-2025, 21:10

"Kəpəz"in futbolçusu Mahamadu Ba əməliyyat olunub.

Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Sabah”la oyunda zədələnən yarımmüdafiəçi çiynindən əməliyyat keçirib. Müayinələr nəticəsində 26 yaşlı futbolçunun çiynində iki bağın qırıldığı müəyyən edilib.

Əməliyyat uğurla başa çatıb. Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.



Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR