
Misli Premyer Liqasının XI turunda "Turan Tovuz" "Zirə"nin qonağı oldu.
Görüş qolsuz bərabərliklə başa çatdı.
Matçdan sonra tovuzluların müdafiəçisi Faiq Hacıyev oyun haqda fikirlərini Sport1.az saytına açıqladı:
"Yaxşı hazırlaşmışdıq. Gərgin qarşılaşma olacağını bilirdik. "Zirə" yaxşı komandadır. Oyunumz yaxşı gedirdi. Qırmızı vərəqədən sonra da özümüzü itirmədik və çox vacib 1 xal qazandıq".
26 yaşlı futbolçu görüşdə hər iki tərəfində aqressiv oynamasını belə izah etdi:
"Meydana qələbə üçün çıxan iki kollektiv var idi. Bəlkə daha az aqressiya ilə oynayan komanda dueldə məğlub olacaqdı. Belə tərzdə keçən görüşlərdə həm temp yüksək olur, həm də azarkeşlər üçün maraqlı təcrübə olur".
MİKAYIL HACIYEV