Azərbaycanda çalışan məşqçi "Fiorentina"ya keçdi

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-11-2025, 13:48

Kristian Sebalyos "Sabah"ın məşqçilər korpusundan ayrılıb.
Sport1.az xəbər verir ki, gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandamızın məşqçilər korpusunun üzvü idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR