Çənəsi sınan futbolçu millimizlə oyunda iştirak edə bilməyəcək

Bölmə adı Azərbaycan
Yayımlandı 10-11-2025, 13:07

"Tottenhem"in fransalı hücumçusu Randal Kolo-Muani Premyer Liqanın XI turunda "Mançester Yunayted"lə (2:2) oyunda zədələnib.

Sport1.az xəbər verir ki, çənəsi sınan forvard millinin noyabrda keçiriləcək toplanışında iştirak etməyəcək. Onun yerinə Les Bleusa Florian yığmaya çağırılacaq.

Qeyd edək ki, Azərbaycan-Fransa görüşü 16 noyabr 21:00-da baş tutacaq.

Müəllif: Sport1.az