Sami Mmaeni "Neftçi" ilə oyunda sevindirən məqam nə olub? - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa
Yayımlandı 10-11-2025, 11:58

Misli Premyer Liqasının XI turunda "Qarabağ" doğma meydanda "Neftçi"ni 2:0 hesabə ilə məğlub etdi.


Görüşdən sonra Ağdam təmsilçisinin müdafiəçisi Sami Mmae Sport1.az saytına müsahibə verdi... 


- Derbidə qələbə qazandınız. Oyun haqda nə deyə bilərsən?

- Yaxşı başladıq. Çox pressinq etdik. Topa hakim olmağı bacardıq. Bəzi xırda səhvlərimiz olsa da, oyuna yaxşı hazırlaşdığımızı göstərdik. Qələbəyə layiq idik.


- Bu qarşılaşmanı cari mövsümdə oynadığınız ən çətin oyun adlandırmaq olar?

- Deməzdim. Bundan daha çox əziyyət çəkdiyimiz qarşılaşmalar da olub. Bu gün bir neçə qol şansı yaxalaya bildik. Ona görə də, ən çətin oyun olduğu düşüncəsində deyiləm.


- Azarkeşlərin yaratdıqları atmosfer haqda nə deyə bilərsən?

- Möhtəşəm idi. Demək olar ki, stadion tamamilə dolmuşdu. Azarkeşlərimiz önündə oynamaq sevindirici idi.


- Azərbaycan Premyer Liqasının səviyyəsi haqda nə düşünürsən?

- Güclü komandalar çoxdur. Keyfiyyətli oyunçuların da sayı az deyil. Buna görə də, liqadakı oyunlara yaxşı köklənirik. Bütün gücümüzü ortaya qoyuruq.


- Bu mövsüm çempionluq uğrunda mübarizədə hansı komandanı ən böyük rəqib kimi görürsən?  

- Bütün kollektivlərə potensial 3 xal gözü ilə baxırıq. Aralarında gücünə və böyüklüyünə görə fərq qoymuruq.


MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR