
Premyer Liqada I dövrə başa çatdı.
Çempionatda işləri qaydasında getməyən klublardan biri də "Karvan-Yevlax"dır.
Sport1.az-a daxil olan məlumata görə, bölgə təmsilçisinin rəhbərliyi baş məşqçi Azər Haşımovun işindən narazıdır. Bu səbəbdən də Yevlax təmsilçisi yeni çalışdırıcı axtarışlarına başlayıb. Artıq bir neçə yerli mütəxəssislə danışıqlar aparılıb. Onlar təklifi dəyərləndirirlər.
Qeyd edək ki, 11 turdan sonra "Karvan-Yevlax" Premyer Liqada 5 xal toplamağı bacarıb. "Ağ-qaralar" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıblar.