AFFA rəsmisi Norveç millisinin oyununa təyinat alıb

Bölmə adı Azərbaycan
Yayımlandı 9-11-2025, 23:20

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sport1.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də keçiriləcək Norveç – Estoniya görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma Oslo şəhərində yerləşən "Ullevaal" stadionunda baş tutacaq.

Müəllif: Zafar Hajili