
İspaniyanın “Sevilya” klubunda yaxın aylarda rəhbərlik dəyişikliyi baş tuta bilər.
Sport1.az xəbər verir ki, “AS” nəşrinin məlumatına görə, bir neçə beynəlxalq investisiya fondu klubun səhmlərinə maraq göstərir. Uzun müddətdir əsas səhmdarlar arasında idarəetmə mübarizəsi davam edir və satışın 2027-ci ildən əvvəl reallaşması üçün onların razılığa gəlməsi vacibdir.
Yeni potensial sahib klubun ciddi maliyyə yükü ilə üzləşəcək. Rəsmi məlumata əsasən, “Sevilya”nın borcu 100 milyon avrodan 200 milyon avroyadək dəyişir.
Hazırda klubun idarəçiliyi Gixarro, Karrion, Ales və Kastro ailələrinin əlindədir. Prezident vəzifəsini Xose Mariya del Nido Karrasko icra edir.