“Əla, əla…” — Ronaldo niyə belə danışdı? – VİDEO

Bölmə adı Digər Liqalar
Yayımlandı 9-11-2025, 17:16

“Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının VIII turunda “Neom”la keçirilən görüşdə (3:1) hakimlikdən narazı qalıb.

Sport1.az xəbər verir ki, fasilə zamanı hesab 0:0 olarkən 40 yaşlı hücumçu referiyə istehzalı şəkildə “Əla, belə davam et. Əla iş görürsən, çox əla” sözlərini söyləyib. Bu an kameralar tərəfindən qeydə alınıb.

İkinci hissədə “Əl-Nəsr” rəqib qapısından üç top keçirib. Portuqaliyalı ulduz 65-ci dəqiqədə penaltidən fərqlənib.

Ronaldo cari mövsümdə Pro Liqada 8 oyuna 9 qol vurub.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR