
“Neftçi” “Qarabağ”la oyuna xüsusi formalarla çıxacaq.
Sport1.az xəbər verir ki, paytaxt təmsilçisi Misli Premyer Liqasının “Zəfər turu” çərçivəsində keçiriləcək matçda Vətən müharibəsi qələbəsinin 5 illiyinə həsr olunmuş “Zəfər forması” ilə meydana çıxacaq.
Formanın arxa hissəsindəki nömrə şriftləri işğaldan azad edilmiş şəhərlərin adları ilə dizayn olunub. Şriftin rəngləri isə Azərbaycan bayrağının tonlarını əks etdirir.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu bu gün, saat 18:44-də “Azersun Arena”da keçiriləcək.
