Messi 400-ə çatdı: Yalnız Puşkaşdan geri qalır - VİDEO

Bölmə adı Digər Liqalar
Yayımlandı 9-11-2025, 13:22


MLS-də pley-off mərhələsinin ilk raundunda “İnter Mayami” “Neşvill”i darmadağın edib.

Sport1.az xəbər verir ki, oyun Florida təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın əsas qəhrəmanı Lionel Messi olub — argentinalı ulduz dubl və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Bu ötürmə Messinin karyerasındakı 400-cü assist olub: 269-u “Barselona”da, 60-ı Argentina millisində, 37-si “İnter Mayami”də, 34-ü isə PSJ-də qeydə alınıb.

Qeyd edək ki, futbol tarixində yalnız Ferents Puşkaş Messi ilə müqayisədə daha çox — 404 məhsuldar ötürmə ilə fərqlənib.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR