
Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emreli sıradan çıxıb.
Sport1.az xəbər verir ki, 28 yaşlı forvard Almaniya II Bundesliqasının XII turunda “Herta Berlin”lə keçirilən oyunda zədə alıb. Görüş “Kayzerslautern”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Baş məşqçi Torsten Liberknext 22 avqustdan sonra ilk dəfə Emreliyə şans verib. O, 63-cü dəqiqədə meydana daxil olub, lakin cəmi 14 dəqiqə sonra – 77-ci dəqiqədə oyunu tərk etməyə məcbur qalıb. Futbolçu meydandan çıxarkən göz yaşlarını saxlaya bilməyib.
Məlumata görə, Mahir Emreli böyük ehtimalla Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində İslandiya (13 noyabr) və Fransa (16 noyabr) ilə keçiriləcək qarşılaşmalarını buraxacaq.
