"Liverpul" azarkeşləri Arnoldu bağışlamalıdır" - Kurtua

Bölmə adı İspaniya
Yayımlandı 8-11-2025, 22:10


“Real”ın qapıçısı Tibo Kurtua keçmiş “Liverpul” futbolçusu Trent Aleksander-Arnoldu müdafiə edib.

Sport1.az xəbər verir ki, Belçika millisinin üzvü açıqlamasında komanda yoldaşına qarşı azarkeşlərin sərt münasibətinə münasibət bildirib:

“O, axı “Mançester Yunayted” kimi prinsipial rəqibə keçməyib, sadəcə “Real”a transfer olunub. Ümid edirəm ki, azarkeşlər sonda onu bağışlayacaq və “Liverpul” üçün qazandığı bütün titullara görə təşəkkür edəcəklər”.

Xatırladaq ki, “Liverpul” – “Real” oyunu (1:0) zamanı Trent Aleksander-Arnold keçmiş azarkeşləri tərəfindən fitə basılıb. Matçdan əvvəl isə şəhərdə onun şərəfinə çəkilmiş mural naməlum şəxslər tərəfindən korlanıb.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR