Azərbaycan derbisinə böyük maraq: BÜTÜN BİLETLƏR SATILDI!

Bölmə adı Premyer Liqa
Yayımlandı 8-11-2025, 15:31


Misli Premyer Liqasının “Zəfər Turu”nun XI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu üçün satışa çıxarılan bütün biletlər artıq satılıb.

Sport1.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Azersun Arena”da baş tutacaq görüş sabah saat 18:44-də start götürəcək.


Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR