AFFA rəsmisi "Bavariya"nın oyununa təyinat alıb

Bölmə adı Azərbaycan
Yayımlandı 8-11-2025, 11:14

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sport1.az xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR