
"Real Madrid" hücumçusu Vinisius Juniorla razılığa gələ bilmir.
Sport1.az xəbər verir ki, La Liqa təmsilçisi braziliyalı futbolçusu ilə müqavilə yenilənməsi üçün aparılan danışıqlarda anlaşa bilmir.
"Kral klubu" 25 yaşlı oyunçunun tələblərini qarşılamaqda maraqlı deyil.
Qeyd edək ki, Vininin müqaviləsi 2027-ci ildə başa çatır.