Reynaldo və Ozobiç adlarını Azərbaycan derbisinin tarixinə yazdırıb

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-11-2025, 09:53

Misli Premyer Liqasının 11-ci turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. 

Sport1.az xəbər verir ki, Peşəkar Futbol Liqası "Zəfər turu" çərçivəsində keçiriləcək qarşılaşma öncəsi bu komandalar arasında indiyədək qeydə alınan dubl və het-triklərin statistikasını təqdim edir.

İlk dubl – Yunis Hüseynov (“Neftçi”) – 02.10.1994. “Neftçi” – “Qarabağ” – 3:2

“Qarabağ”ın ilk dublu – Müşfiq Hüseynov – 17.09.1995. “Neftçi” – “Qarabağ” – 2:2

Dublların ümumi sayı – 19

“Neftçi”nin dubllarının sayı – 6

“Qarabağ”ın dubllarının sayı – 13


Yalnız iki futbolçu 2 dəfə dubla imza atıb – Mahir Emreli və Kadi Borges (hər ikisi “Qarabağ”).


İlk het-trik – Georgi Adamiya (“Qarabağ”) – 13.05.2011. “Qarabağ” – “Neftçi” – 3:0

Het-triklərin sayı – 3. Bütün het-triklərə “Qarabağ”ın futbolçuları imza atıb.

İki futbolçu həm het-trik edib, həm dubl müəllifi olub – Reynaldo Silva və Filip Ozobiç (hər ikisi “Qarabağ”).


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da derbidə dubl edib. O, “Neftçi”nin futbolçusu kimi fərqlənib - 13.03.2004. “Qarabağ” – “Neftçi” – 1:3

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR