Madrid “Real”ının yarımmüdafiəçisi Orelyen Tçuameni UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Liverpul”la keçirilən oyunda (0:1) zədələnib.Sport1.az ESPN-ə istinadən xəbər verir ki, fransalı futbolçunun sol bud əzələsində qismən qopma aşkarlanıb.
Zədə səbəbindən Tçuameni təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. O, həm Fransa millisinin noyabrda keçiriləcək dünya çempionatının seçmə oyunlarını, həm də La Liqada “Rayo Valyekano” (9 noyabr) və “Elçe”yə (23 noyabr) qarşı görüşləri buraxacaq.
Futbolçunun noyabrın 26-da “Olimpiakos”la keçiriləcək Çempionlar Liqasının 5-ci tur matçına qədər tam sağalacağı gözlənilir.