İtaliyanın “Cenoa” klubu komandanın yeni baş məşqçisini açıqlayıb.Sport1.az xəbər verir ki, komandaya bundan sonra Daniele De Rossi rəhbərlik edəcək. 42 yaşlı mütəxəssis bu vəzifədə Patrik Vieyranı əvəzləyib.
De Rossi son olaraq “Roma” klubuna rəhbərlik edib, lakin 2024-cü ilin sentyabrında paytaxt təmsilçisindən ayrılıb. O, daha əvvəl SPAL komandasını çalışdırıb və İtaliya millisində texniki inkişaf üzrə məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, İtaliya A Seriyasının 10 turundan sonra “Cenoa” 6 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.