Madrid “Real”ının bəzi futbolçuları baş məşqçi Xabi Alonsonun onlara qarşı çox sərt davrandığını və komandanı idarəetmə tərzini başa düşmədiklərini düşünürlər.Sport1.az xəbər verir ki, bu barədə məlumatı “El Chiringuito” yayıb.
Məlumata görə, xüsusilə bəzi oyunçular UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda “Liverpul”la keçirilən görüşün (0:1) son dəqiqələrində Trent Aleksander-Arnoldun meydana buraxılmasının səbəbini anlaya bilməyiblər. İngiltərəli futbolçu həmin vaxt “Enfild”də azarkeşlər tərəfindən fitə basılmışdı.
Qeyd edək ki, 43 yaşlı ispaniyalı mütəxəssis 2025-ci ilin yayında “Real”ın baş məşqçisi təyin olunub və onun klubla müqaviləsi 2028-ci ilədək qüvvədədir.