"Real Madrid"in heyətində daha bir itki var. Sport1.az xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi Aurelien Tuxameni ayaq əzələsində olan zədəyə görə yaşıl meydanlardan uzaq qalacaq.
Fransalı futbolçu dekabrın sonunadək reabilitasiya müddətində olacaq.