Millinin heyətində dəyişiklik

Bölmə adı Azərbaycan
Yayımlandı 6-11-2025, 14:20

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Sport1.az xəbər verir ki, Türkiyənin "Ankaragücü" klubunda çıxış edən yarımmüdafiəçi Həsən Nəzərlinin əvəzinə "Qarabağ"ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, komanda Avropa çempionatının seçmə mərhələsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR