"Məğlub durumda olsaq da..." - Saşa İliç

Bölmə adı Premyer Liqa / Azərbaycan
Yayımlandı 2-11-2025, 21:23

Misli Premyer Liqasının 10-cu turunda “Sumqayıt” öz meydanında “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç matçla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

“Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”da texnikası mükəmməl olan çoxlu futbolçu var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı bu mübarizə və istək üçün təbrik edirəm”.

- Hakimliklə bağlı fikriniz necədir?
- Heç nə. Oyunda bəzi söhbətlər olur, amma hakimlik haqda danışmağı xoşlamıram.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR